Hakim Ziyexdən “Barselona” ilə bağlı açıqlama

“Ayaks”ın futbolçusu Hakim Ziyex formasını geyinmək istədiyi klubun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, Hollandiya mətbuatına açıqlama verən mərakeşli yarımmüdafiəçi, “Arsenal”, ya da “Barselona”da çıxış etmək istədiyini deyib:

“Sevdiyim iki klub var – “Arsenal” və “Barselona”. Bunlardan birində forma geyinmək istərdim”.

“Ayaks”la 2021-ci ilə qədər müqaviləsi olan Ziyexin sərbəst qalma məbləği 29 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button