“Ayaks”ın baş məşqçisi olmaq istəyir – Serbiyalı futbolçu

“Ayaks”ın serbiyalı hücumçusu Duşan Tadiç futbolçu karyerasını başa vurduqdan sonra nə etmək istədiyindən danışıb.

Komanda.az xəbər verir ki, “Ayaks”ın rəsmi saytına açıqlama verən futbolçu, Niderland komandasının baş məşqçisi olmaq arzusunda olduğunu deyib:

“Futboldan həzz aldığın müddətdə bacardığın qədər çox oynamalısan. Mən cari məqsədlərə fokuslanmışam. Bundan sonra nə olacaq, görəcəyik. Amma təbii ki, “Ayaks”ın baş məşqçisi olmaq istərdim. Əsas komandanın baş məşqçisi olmaq? Bəli, amma bundan əvvəl oxumaq lazımdır. Yalnız bundan sonra əsas komandaya rəhbərlik etmək mümkün olacaq”.

33 yaşlı Tadiç 2018-ci ildən “Ayaks”da çıxış edir. Serbiyalı futbolçu Niderland klubunda 208 oyun keçirib, 94 qol vurub və 98 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button