“Ayaks”dan “Çelsi”yə – 45 milyon avroluq transfer razılığı

“Ayaks” daha bir ulduz futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, Niderland nəhənginin 26 yaşlı yarımmüdafiəçisi Hakim Ziyex İngiltərənin “Çelsi” klubuna transfer olunmaq üzrədi.

London təmsilçisi “Ayaks”ın ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinala qədər irəliləməsində əsas pay sahiblərindən biri olan Ziyexi transfer etmək qərarına gəlib. “The Telegraaf” qəzetinin iddiasına görə, sözügedən klublar artıq bu transferlə bağlı razılıq əldə ediblər. Razılığa əsasən, London klubu qarşı tərəfə 45 milyon avro təzminat ödəyəcək.

İddiaya görə, “Çelsi”nin baş məşqçisi Frank Lempard bu transferin qış transfer pəncərəsi dövründə həllini istəyirmiş. Lakin tərəflər razılığa gələ bilmədiyi üçün Ziyex “Ayaks”da qalıb. Mövsümün sonunda isə bu transfer üçün heç bir əngəl qalmayacaq.

Ziyex 2016-cı ilin yayında “Tvente”dən “Ayaks”a 11 milyon avroya transfer olunub. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 48 qola imza atıb, 82 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button