“Ayaks” qapıçısını Premyer Liqa klubuna satdı

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı niderlandlı qolkiperlə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kyell Sxerpen “Emmen” klubunun yetirməsidir. 2019-cu ildə “Ayaks”a transfer olunan futbolçu ötən mövsüm bu klubun əsas komandasında 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button