“Ayaks” baş məşqçini saxlamaq üçün hərəkətə keçib

“Ayaks” baş məşqçisi Erik ten Haqla müqaviləni yeniləyə bilməz. Bu da mütəxəssisin bu yay İngiltərənin “Mançester Yunayted” klubuna keçidini dolayısı ilə təsdiqləyir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Amsterdam klubunun direktoru Jerri Hamstra əllərindən gələni etdiklərini və ten Haqı saxlamaq üçün mümkün olan hər şeyi həyata keçirdiklərini bildirib. Klub rəsmisi, xüsusən də, baş məşqçiyə maaş artımı ilə uzunmüddətli müqavilə təklif edildiyini söyləyib.

Erik ten Haqın yayda “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button