“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonta baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyunun şahidi olduq. Üç xal qazanaraq mövqeyimizi yaxşılaşdırmağa çalışdıq. Qol vəziyyətlərimiz çox idi. Komandamız yaxşı mübarizə apardı. Məncə, üç xalı itirdik. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Epizoda dəfələrlə baxdıq, orada penalti yox idi. Artıq neçənci dəfədir ki, haqqımız yeyilir. Ən çox sarı vərəqə bizə göstərilir. Yorulmuşuq. Heç nəyimiz olmadığı halda, nələrsə etməyə çalışırıq. Bu vəziyyətdə 21 xal toplamışıqsa, futbolçulara təşəkkür edirəm.

Bundan əvvəlki matçda Mahir Həsənovu oynatdlq. Digər gəncəli futbolçular da hazır olsalar, oynayarlar. Altı ayda futbolçu hazırlamaq olmur. Naxçıvanda divizion oyununda 4 qol buraxırlarsa, mən onları necə oynadım? Kim güclüdürsə, onu meydana buraxırıq. Eşitdiyimə görə, Mahiri U-21 yığmasına dəvət edəcəklər.

Biz burada oyundan bir gün əvvəl məşq edirik. Meydançanın üstü bağlanmamalıdır. Bizdə isə bağlayırlar. Torpaq günəş enerjisi almadığınına görə vəziyyət acınacaqlıdır. Mən burada məşq etmirəm. Komanda betonun üstündə məşq edir. Əvəzedici heyətimiz də bizim məşq meydanımızda oyun keçirir. Bəzən olur ki, 2 saatlıq məşqi 45 dəqiqəyə keçirəm.

Vəziyyətimiz çətindir. Komandanın tərcrüməçisi yoxdur. Mən üç dildə danışıram. Bəzən isti su olmur, futbolçular məşqdən sonra gedib evdə çimirlər. Özünüz mövsümün sonunda görəcəksiz. Artıq normal, söz-söhbətsiz komandada işləmək istıyirəm. Komandanın 2 əsr yaşı var. “Kəpəz”ə belə laqeyd münasibət göstərmək olmaz. Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın Premyer Liqada qalmasına çalışıram. Mövsümün sonunda istirahət etmək istəyirəm. İki il istirahət etdim. Gərək istirahətimi dayandırmazdım. Stress yaşayıram. Biz də istəyirik ki, şəraitimiz olsun. 20 il əvvəl Mahmud Qurbanov millidə oynayıb. Bu gün Gəncədə futbolçu yetişmir. Bizə dəstək lazımdır. Hamıya dəstək var, “Kəpəz”ə yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button