Top-5 liqalarında bu il transferlərə xərclənən məbləğ

Avropanın Top-5 liqasında qış və yay transfer dönəmində klubların transferlərə xərclədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, Avropada futbolçu keçidləri üçün təxminən 6,20 milyard avro ödənilib.

Pandemiya illərindən sonra klubların transfer xərclərində artım qeydə alınıb. Bu məbləğ 2020-ci ildə 4,83 milyard avro, 2021-ci ildə isə 3,84 milyard avro olub.

2019-cu ildə rekord qeydə alınıb. Avropanın Top-5 liqasında həmin vaxt transferlərə 6,69 milyard avro xərclənib.

2013-cü ildə 2,74 milyard avro, 2014-cü ildə 2,91 milyard avro, 2015-ci ildə 3,85 milyard avro, 2016-cı ildə 4,24 milyon avro, 2017-ci ildə 6,08 milyard avro, 2018-ci ildə isə 5,82 milyard avro futbolçular üçün ödənilib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button