“Qarabağ”ın futbolçusu Avropa Liqasında ən yaxşılar arasında

Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarından sonra futbolçuların reytinq cədvəli açıqlanıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə “Qarabağ”ın futbolçusu Dani Kintana ən yaxşılar arasında yer alıb. Belə ki, ispan yarımmüdafiəçi 5108 xalla AL-in qrup mərhələsinin ən yaxşı 2-ci oyunçusudur. 1-ci sırada “Sevilya”dan Franko Vaskes (5542), 3-cü sırada isə “Latsio”dan Sergey Milinkoviç-Saviçdir (4931).

Dani Kintana “Qarabağ”ın APOEL-lə 2:2 hesablı heç-heçə etdiyi 3-cü tur oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button