“İnter”in Avroliqa oyununa koronavirus əngəli

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “İnter” – “Ludoqorets” matçı təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, İtaliyanın Lombardiya və Veneto bölgəsində koronavirus xəstəliyinin yayılması səbəbiylə “İnter” – “Ludoqorets” matçının ya təxirə salınacağı, ya da başqa bir şəhərdə keçiriləcəyi bildirilib.

İlk oyunda Bolqarıstanda rəqibini 2:0 hesabıyla məğlub edən “İnter”in “Ludoqorets”lə cavab oyunu fevralın 27-də keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button