“Avropa futbolu Səudiyyə Ərəbistanına uduzur”

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes bu yay Avropa klublarından Səudiyyə Ərəbistanı çempionatına kütləvi şəkildə futbolçu transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu vəziyyətə nəzarət etmək lazım olduğunu bildirib:

“Aydındır ki, Avropa futbolu indiki vəziyyətdə uduzur. Bu, Səudiyyə Ərəbistanına səyahət etmək qərarına gələn oyunçuların şüurlu və qanuni seçimidir. Futbolçulara təklif olunan məbləğləri nəzərə alsaq, onları başa düşmək olar. Mən israrla deyirəm ki, bu, hər kəsin şəxsi işidir, amma biz avropalılar bu vəziyyəti bəyənmirik. Düşünürəm ki, buna bir şəkildə nəzarət etmək lazımdır. Əvvəl elə gəlirdi ki, söhbət yalnız veteranlardan gedir, indi isə gənc futbolçular da Avropa klublarından ayrılır”.

Xatırladaq ki, bu yay Səudiyyə Ərəbistanı çempionatına Kərim Benzema, Neymar, Roberto Firmino, Nqolo Kante, Cordan Henderson, Sadio Mane kimi tanınmış futbolçular keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button