Avropa çempionatı: Azərbaycan atleti finalda

Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.

Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub. Final avqustun 17-də saat 23:00-da başlayacaq.

Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button