AÇ-2024-də yeni texnologiyalı topdan istifadə ediləcək

2024-cü ildə keçiriləcək Avropa çempionatında “Adidas”ın yüksək texnologiyalı topundan istifadə olunacaq.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, top qol vurma zamanı əldən istifadə edilib-edilmədiyini müəyyən etməyə kömək edəcək mikroçiplə təchiz ediləcək. Bu sistem oyunçuların real vaxt rejimində 3D vizual təsvirlərini yaratmağa imkan verən əzaların izlənilməsi texnologiyası ilə birlikdə işləyəcək.

Mikroçip həmçinin topun dəqiq vurulma vaxtını qeyd edəcək və bu, hakimlərə ofsaydın olub-olmadığını müəyyən etməyə kömək edəcək.

AÇ-2024 iyunun 4-dən 14-dək Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button