“Atom” “Zirvə”ni dayandıra biləcək?

Basketbol üzrə Azərbaycan Super Liqasında 7-ci turun oyun cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, növbəti tura noyabrın 22-də start veriləcək.

İlk oyun günündə bir görüş baş tutacaq. “Atom” cari mövsümdə məğlubiyyət tanımayan “Zirvə”ni sınağa çəkəcək. Turun qalan qarşılaşmaları isə noyabrın 23-də keçiriləcək:

Azərbaycan Super Liqası, 7-ci tur

22 noyabr

18:00. Atom – Zirvə

23 noyabr

13:00. Sıçrayış – Xırdalan
15:00. Atletik – Sərkərdə
17:00. 80-lər – Gəncə