“Kuman mənim komandadan ayrılmağımdan məmnun idi” – Suares

“Atletiko”nun hücumçusu Luis Suares “France Football” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu, keçmiş komanda yoldaşı Lionel Messi üçün darıxdığını deyib:

“Əlbəttə, Messi üçün darıxıram. O, yalnız böyük oyunçu deyil, həm də darıxdığım bir dostumdur. Onunla gündəlik danışırıq. Mövzumuz təkcə futbol olmur, həyatdan da söhbət edirik. Uşaqlarımız da bir-birlərini yaxşı başa düşürdülər, indi onlar da darıxırlar. Lakin hamımız dəyişikliyin qaçılmaz olduğunu bilməli və buna hazır olmalıyıq.

Kim mənim üçün daha çox darıxır – Messi, yoxsa “Barselona”? Bunu Messidən soruşsaz, daha yaxşı olar. “Barselona”nın çalışdırıcısı Ronald Kuman mənim komandadan ayrılmağımdan məmnun idi, yəqin darıxmaz. Messi isə bəlkə də, hər gün darıxır”.

Suares ötən ilin sentyabrında “Barselona”dan “Atletiko”ya keçib.