Suaresdən Messiyə məsləhət: “Bunun əksini düşünə bilmirəm”

“Atletiko”nun futbolçusu Luis Suares keçmiş komanda yoldaşı Lionel Messinin “Barselona”dan mümkün ayrılığı haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu, keçmiş komanda yoldaşına “Barselona”dan ayrılmamağı məsləhət görüb:

“Məncə, Messiyə başqa bir kluba keçmək yaxşı təsir etməz. Qərarını özü verməlidir. Yaxın dostum Messi məndən məsləhət istəsə, getməməsini deyərdim.

Karyerasının son dönəmlərini özünü ən yaxşı hiss etdiyi yerdə keçirməlidir. O “Barselona”ya, “Barselona” da ona hər zaman yaxşı şeylər verib. Bunun əksini düşünə bilmirəm”.

Suares 2014-2020-ci illər aralığında “Barselona”da çıxış edib. 34 yaşlı hücumçu ötən ilin sentyabrında “Atletiko”ya keçib.

Messinin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button