“Bir gün Ronaldo ilə eyni komandada olmaq istəyərəm”

“Atletiko”nun futbolçusu Joao Feliks İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu, açıqlamasında “Yuventus”da forma geyinən Kriştiano Ronaldo ilə bir komandada oynamaq istədiyini deyib:

“Ronaldo mənə qarşı mehribandır və oyunumu bəyənir. Mən uşaq olarkən onun oyunlarını televiziyadan izləyirdim. Gələcəkdə nə olacaq, bilmirəm. Ancaq bir gün Ronaldo ilə eyni komandada olmaq istəyərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button