Simeone: “Komanda çətin vəziyyətdən çıxa bildi və bu, bizi sevindirir”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 37-ci turunda “Osasuna”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan argentinalı mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Oyunun gedişatı bizi narahat etdi. İlk hissədə yaxşı oynadıq, lakin rəqib çox qapandı və qol vurmağımızın qarşısını aldı. Təhlükəli şanslarımız olsa da, dəyərləndirə bilmədik. İkinci hissə qolu vurana qədər oyun eyni tempdə idi. Əvəzetmələr bizi daha da ruhlandırdı. Komanda çətin vəziyyətdən çıxa bildi və bu, bizi sevindirir”.

“Atletiko” La Liqada sona bir tur qalmış 83 xalla liderdir.