“Digər oyunları fikirləşmədən “Osasuna”nı məğlub etməyə çalışacağıq” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 37-ci turu çərçivəsində “Osasuna”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, qələbə qazanmağa çalışacaqlarını deyib:

“Hər zaman eyni fəlsəfə ilə oyunlara çıxırıq. Digər oyunları fikirləşmədən “Osasuna”nı məğlub etməyə çalışacağıq. Komanda mövsüm ərzində çoxlu çətinliklər yaşayır, lakin məşqçi düzgün həll yollarını tapmalıdır. Buna görə də, zamanla daha yaxşı olduq. İndi yolumuza davam etməliyik”.

“Atletiko” La Liqada 80 xalla liderdir. Madrid təmsilçisinin ən yaxın izləyicisi “Real”ın 78 xalı var.