“Atletiko” Oyarzabal üçün danışıqlara başlayıb

“Atletiko” “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabalı transfer etmək istəyir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq İspaniya millisinin 29 yaşlı futbolçusu ilə müsbət keçən ilkin danışıqlar aparıb.

Dünya çempionatı başa çatdıqdan sonra “Atletiko” rəhbərliyi Oyarzabalın transferi istiqamətində danışıqları sürətləndirəcək.

Bildirilir ki, Oyarzabal Dieqo Simeonenin komandasında “Barselona”nın maraq göstərdiyi Xulian Alvaresi əvəz edə bilər. Argentinalı hücumçu bu yay klubunu dəyişmək istədiyini açıq şəkildə bəyan edib.

DÇ-2026-nın finalında Oyarzabalın çıxış etdiyi İspaniya millisi Xulian Alvaresin formasını geyindiyi Argentina yığması ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti iyulun 19-da, saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button