Simeone Araqonesə çatdı

“Atletiko” İspaniya la Liqasının 25-ci turunda səfərdə “Vilyarreal”ı məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüş madridlilərin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Belə ki, bu qələbə Simeonenin “Atletiko”nun “sükanı arxasında” 308-ci qalibiyyəti olub.

Simeone “Atletiko”nun tarixində ən çox qələbə qazanan Luis Araqonesin rekordunu təkrarlayıb. Lakin Simeone buna daha az oyunda nail olub. O, Madrid təmsilçisi ilə 308 qələbəyə 512, Araqones isə 612 matçda çatıb.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda La Liqada liderdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button