Simeone “Atletiko”nun tarixinə düşdü

“Atletiko” İspaniya La Liqasının 18-ci turundan təxirə salınmış oyunda “Atletik”i məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş madridlilərin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub. Belə ki, bu qələbə Simeonenin “Atletiko”nun “sükanı arxasında” 309-cu qalibiyyəti olub.

Simeone “Atletiko”nun tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanını qazanıb. Bundan əvvəl bu rekord 308 qələbə ilə Luis Araqonesə aid idi.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda La Liqada liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button