Ərəblər daha bir məşhur futbolçu üçün danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu yarımmüdafiəçi Yannik Ferreyra Karrasko ilə müqavilə imzalamaq üçün “Atletiko” ilə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu artıq ərəblərlə anlaşıb və “Əl-Şəbab”a keçmək istəyir. Lakin “Atletiko” futbolçu üçün böyük məbləğ tələb edir. Əks halda, İspaniya klubu bu transfer pəncərəsində Karraskonu buraxmayacaq.

29 yaşlı futbolçu 2020-ci ildən “Atletiko”da çıxış edir. O, Madrid klubunun heyətində La Liqada 35 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button