“Atalanta” qələbəyə layiq idi” – Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının finalında “Atalanta” ilə oyun (0:3) haqda danışıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, rəqib komandanın çıxışını yüksək qiymətləndirib:

“Bu gün pis gün keçirməyimizi qətiyyən planlaşdırmamışdıq. Bir çox çətin vəziyyətlərin öhdəsindən gələ bilmədik, “Atalanta” bizdən çox şey tələb etdi. Faydalanmaq üçün düzgün vəziyyətlərdə topa nəzarət edə bilmədik. Məğlubedilməz seriya sona çatdı, amma “Atalanta”nı təbrik edirəm, onlar qələbəyə layiq idilər. Hər cəhətdən daha yaxşı idilər. İlk qolu vuranda çox enerjili idilər. Biz bundan dərs almalıyıq. Şənbə günü bizim daha bir finalımız var və bundan dərs almağa çalışacağıq”.

“Atalanta” tarixdə ilk dəfə Avropa Liqasının qalibi olub. Xabi Alonsonun komandası isə məğlubiyyətsiz 51 matçlıq rekord seriyaya imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button