“Yuventus”dan “Latsio” ilə heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Empoli” – “Salernitana” və “Roma” – “Venesiya” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı “Udineze” – “Spetsiya” matçı qonaqların qələbəsiylə yekunlaşıb. “Verona” isə evdə “Torino”ya minimal hesabla uduzub.

“İnter”lə çempionluq mübarizəsi aparan “Milan” bu turda “Atalanta” ilə çətin qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb. “Milan”ın büdrəməsinə ümid edən “İnter” isə “Kalyari” ilə səfər matçından inamlı qələbə ilə dönüb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Yuventus” – “Latsio” matçında qalib müəyyənləşməyib. “Sampdoriya” isə “Fiorentina”nı darmadağınla yola salıb.

İtaliya A Seriyası, 37-ci tur

14 may

Empoli – Salernitana 1:1
Qol
: Kutrone, 31 – Bonatsoli, 76.

Udineze – Spetsiya 2:3
Qol
: Molina, 26. Mari, 90+4 – Verde, 35. Qyasi, 45+3. Macciore, 47.

Verona – Torino 0:1
Qol
: Brekalo, 19.

Roma – Venesiya 1:1
Qol
: Şomurodov, 76 – Okereke, 1.

15 may

Bolonya – Sassuolo 1:3
Qol
: Orsolini, 90+2-pen – Skamakka, 35; 80. Berardi, 75.

Napoli – Cenoa 3:0
Qol
: Osimhen, 32. İnsinye, 65-pen. Lobotka, 81.

Milan – Atalanta 2:0
Qol
: Leao, 56. T.Hernandes, 75.

Kalyari – İnter 1:3
Qol
: Likoyannis, 54 – Darmian, 25. L.Martines, 51; 84.

16 may

Sampdoriya – Fiorentina 4:1
Qol
: Ferrari, 16. Kvalyarella, 30. Torsbi, 71. Sabiri, 84 – Qonzales, 89.

Yuventus – Latsio 2:2
Qol
: Vlahoviç, 10. Morata, 36 – A.Sandro, 51-öz qapısına. Milinkoviç-Saviç, 90+5.

Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.