“Ata, oğlun dünya çempionudur”

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov dünya çempionu olduqdan sonra atasına telekameralar vasitəsilə müraciət edib.

Komanda.az xəbər verir ki, 82 kq çəki dərəcəsində qızıl medal qazanan 33 yaşlı idmançı “Ata, oğlun dünya çempionudur” deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının atası Radik Hüseynov uzun müddətdir güləş məşqçisi kimi çalışsa da, yığmada yer almadığına görə dünya çempionatına getməyib.