Asmir Beqoviç: “Qərar vermək çətin olmadı”

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, 2:0 hesabıyla qalib gəldikləri oyunda debüt edən bosniyalı qolkiper öncə bunları söyləyib:

  • Böyük gecə idi. Komandamızın önəmli matçı oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.
  • Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğunu deyirlər. Sizi bura necə gətirə bildilər?
  • Son illərdə “Qarabağ” barədə xoş sözlər eşitmişdik. Avropada göstəridiyi nəticələrdən məlumatlıyıq. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Qərar vermək ona görə də çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.
  • “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiz?
  • Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.
  • “Qarabağ”da hədəfləriniz nədir?
  • Yanvara qədər müqaviləm var. Hədəfim, mümkün olduğu qədər komandaya kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.
  • “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiz?
  • Çətindir nəsə demək. Oyundan oyuna düşünürəm.
  • Avropa Liqasındakı şansları necə dəyərləndirirsiz?
  • Yaxşı komandamız var. Rəqiblərimiz də gücülüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.