“Arsenal”ın satmaq istədiyi futbolçu Liqa 1 yolunda

İngiltərənin “Arsenal” klubunun satış siyahısında olan Şkodran Mustafi karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Monako”nun transfer hədəfindədir. “Knyazlıq klubu”nun alman futbolçu üçün London təmsilçisi ilə danışıqlara başlayacağı bildirilir.

Futbolçunun təzminat məbləği 30 milyon avro dəyərləndirilsə də, Fransa klubunun bu məbləği ödəmək fikrində olmadığı deyilir.

Geridə qalan mövsümdə “topçular”ın heyətində 40 matç keçirən futbolçu, 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button