“Arsenal”ın satış siyahısı bilindi

“Arsenal” yay transfer pəncərəsi dövründə bir neçə futbolçusunu satacaq.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Məsut Özil, Şkodran Mustafi və Henrik Mxitaryanı satılacaq futbolçuların siyahısına daxil edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Çempionlar Liqasında iştirak etməyəcək “Arsenal”ın bu 3 futbolçunun transferindən gələn gəlirlərlə yeni oyunçular alacağı bildirilir.

“Arsenal” geridə qalan mövsümdə Premyer Liqanı 70 xalla 5-ci sırada bitirib. “Topçular” Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final matçında “Çelsi”yə 1:4 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button