“Bu, yaxşılaşdırmalı olduğumuz şeylərdən biridir” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 28-ci turunda “Tottenhem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Oyunun əvvəlindən yaxşı başladıq, çoxlu imkanlarımız var idi. Rəqibin ilk zərbəsi qolla nəticələndi. Komandam buraxılan topa yaxşı reaksiya verdi və qələbə qazandıq. Fasiləyə qədər qol vurmaq vacib idi. İkinci qolu vurduqdan sonrakı 10 dəqiqə komandamda gərginlik var idi. Bu, yaxşılaşdırmalı olduğumuz şeylərdən biridir”.