Arteta o məsələyə nöqtə qoydu

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubdan ayrılacağı iddia olunan Qranit Cakayla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, isveçrəli yarımmüdafiəçinin yeni mövsümdə də “Arsenal”da qalacağını deyib:

“Caka bizimlə qalacaq. O, heyətimizin əsas oyunçularından biridir”.

Cakanın adı İtaliyanın “Roma” klubu ilə hallanırdı.