“Arsenal” yapon futbolçunu transfer etmək istəyir

“Real Sosyedad”ın hücumameyilli yarımmüdafiəçisi Takefusa Kubo İngiltərə klubuna keçə bilər. 

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, “Arsenal” yaponiyalı futbolçunu transfer etməkdə maraqlıdır.

Kubonun transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir. Onun La Liqa klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonunda başa çatır. 

Kubo 2022-ci ilin yayından “Real Sosyedad”da çıxış edir. O, bu mövsüm 28 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button