“Arsenal” 2 futbolçunun transferindən vaz keçəcək

“Arsenal” “Nyukasl”ın iki futbolçusu ilə bağlı planlarına qərar verib.

Komanda.az “Gunner Blog”-a istinadən xəbər verir ki, söhbət hücumçu Aleksandr İsak və yarımmüdafiəçi Bruno Gimarayeşdan gedir.

“Arsenal”ın bu oyunçulara böyük marağına baxmayaraq, danışıqlar çətin ki, növbəti mərhələyə keçsin. İsak və Gimarayeşin keçidi çox baha başa gələcək ki, londonlular bu pulu ödəmək istəmirlər. Gimarayeşin müqaviləsində təqribən 115 milyon avro təzminat nəzərdə tutulub.

24 yaşlı İsak İngiltərə Premyer Liqasının son mövsümündə 21 qol vurub və 2 məhsuldar ötürmə edib. 26 yaşlı Gimarayeşin aktivində isə 7 qol və 8 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button