
“Arsenal” hücumçusu üçün yeni klub axtarır
“Arsenal” yay transfer pəncərəsi bağlanana qədər hücumçusu Qabriel Jesusla yollarını ayırmaq niyyətindədir.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular” hazırda 29 yaşlı futbolçu üçün yeni klub axtarır. İngiltərə çempionu Jesusla bağlı təxminən 23,4 milyon avro məbləğində təklifləri dəyərləndirməyə hazırdır.
Braziliyalı forvardın transferində əsas namizəd hazırda “Milan”dır. Bununla belə, son vaxtlar “Yuventus” və “Atletiko” da futbolçu ilə maraqlandıqlarını bildirib.
Jesus 2025/26 mövsümündə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



