“Arsenal” 30 milyon avro təklif etdi, “Real”…

İngiltərənin “Arsenal” klubunun “Real”ın yarımmüdafiəçisi Dani Seballosu heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi, 22 yaşlı futbolçu üçün “Real”a ilk təklifini göndərib. “Topçular” Seballos üçün “kral klubu”na 30 milyon avroluq təklif göndərsə də, Madrid təmsilçisi futbolçunu 40 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.

Bir müddət əvvəl “Arsenal”ın futbolçunu icarəyə götürmək istədiyi deyilsə də, klub artıq ispan futbolçunu birdəfəlik heyətinə qatmağı planlaşdırır.

2017-ci ildən “Real”da çıxış edən futbolçu, son mövsümdə keçirdiyi 34 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button