Arsen Vengerdən “Real” etirafı

“Arsenal”la yollarını ayırdıqdan sonra başqa klubda çalışmayan Arsen Venger açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis, 2009-cu ildə “Real”ı çalışdırmaqdan imtina etməsinin səbəbini açıqlayıb:

“Həmin vaxt “Arsenal”dan ayrılmaq üçün doğru zamanın olmadığını düşündüm. Komanda olaraq yenidən formalaşırdıq və bunu inkişaf etdirirdik”.

Fransalı mütəxəssis, hazırda “Real”ın baş məşqçisi olmaq istəyib-istəməməsi ilə bağlı suala belə cavab verib:

“Sizə cavab verə bilmərəm, çünki gələcəkdə nə olacağını bilmirəm”.

Venger, Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” – “Yuventus” cütünün favoriti haqqında suala, “Bu il Çempionlar Liqasının finalı “Atletiko”nun meydanında olacaq. Onlar üçün bu ilin xüsusi olmasına baxmayaraq, “Yuventus”u cütün favoriti görürəm” cavabını verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button