“Aris” “Neftçi” ilə oyunlar üçün 21 futbolçu sifariş etdi – SİYAHI

“Aris” klubu (Kipr) “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Şpilevskinin siyahısında 21 futbolçu yer alıb.

Qapıçılar: 1. Vana (Braziliya), 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu;

Müdafiəçilər: 3. Kaju (Braziliya), 4. İsmael Patrik Yandal (Kamerun), 5. Kostas Pileas, 13. Delmiro Evora Naskimento (Kabo-verde), 20. Stiv Yaqo (Fransa), 30. Aleks Muketu-Mussunda (Qabon), 31. Frants Brorsson (İsveç), 65. Yanis Dede Lomme (Fransa);

Yarımmüdafiəçilər: 8. Morqan Braun (İngiltərə), 10. Matiya Şpolyariç, 37. Julius Szoke (Slovakiya), 58. Yevgeni Yablonski (Belarus);

Hücumçular: 9. Daniel Sikorski (Avstriya), 14. Artur Yannik Qomis (Seneqal), 21. Mixlali Mayambela (Cənubi Afrika), 27. Martin Sloqar (Xorvatiya), 72. Floriss Djave, 80. Şevi Babiçka (hər ikisi Qabon).

“Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını iyulun 28-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button