“Boka Xuniors”dan Fransa klubuna

Argentinanın “Boka Xuniors” klubunun futbolçusu Dario Benedetto karyerasını Fransada davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də mübarizə aparan “Marsel” 29 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Futbolçu üçün 15 milyon avro ödəməyə hazır olan Fransa təmsilçisi “Boka Xuniors”la danışıqlara start verib. Transferin növbəti həftə rəsmiləşə biləcəyi deyilir.

“Boka Xuniors”la 2021-ci ilədək müqaviləsi olan argentinalı futbolçu, son mövsümdə Argentina çempionatında keçirdiyi 15 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button