“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi

“Barselona”nın və Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu özü məlumat verib:

“Artıq karyeramı bitirdiyimi açıqlamaq istəyirəm. Hər zaman meydanda əlimdən gələni etmişəm. Karyeramı Argentinada bitirmək fürsətini verən “Estudiantes” klubuna təşəkkür edirəm”.

Son olaraq Argentinanın “Estudiantes” klubunda forma geyinən Maskerano 2003-2018-ci illərdə millinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button