“Argentina hər zaman zirvədə olacaq” – Prezident

Argentina prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olan milli komandaya dəstək mesajı ünvanlayıb.

Komanda.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesabında futbolçulara təşəkkür edib:

“Sizə sonsuz təşəkkür edirəm. Sona qədər mübarizə apardız. Argentina hər zaman zirvədə olacaq”.

Argentina millisi dünya çempionatının finalında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Qarşılaşmanın yeganə qolunu Ferran Torres vurub.

Argentinalılar matçı 10 nəfərlə başa vurublar. Belə ki, yarımmüdafiəçi Enzo Fernandes qırmızı vərəqə alaraq meydandan qovulub.

Bununla da, İspaniya Argentinanın əlindən dünya çempionluğu titulunu alaraq, tarixində ikinci dəfə bu uğura imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button