“Ardıcıl beş məğlubiyyət heç də yaxşı hal deyil”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil. Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir. Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür komandalarla, rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır. Bu oyunda buraxdığımız səhvlərdən qollar buraxdıq. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq. Məqsədimiz xal və ya xallar qazanmaqdır”.