Arbeloanın “qocalığ”ı və məşhur film

“Real”ın baş məşqçisi Alvaro Arbeloa “Mançester Siti” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra komandasının oyunu və futbolçularla maraqlı dialoqu barədə danışıb. Bu qarşılaşma UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçularına motivasiya vermək üçün məşhur “Qroundog Day” filmindən nümunə gətirdiyini, ancaq komanda üzvlərinin əksəriyyətinin bu filmə baxmadıqlarını bildirib:

“Xetafe” ilə oyundan sonra futbolçulara üzərində işlədiyimiz məqamları izah edirdim. Onlara “Qroundog Day” haqqında danışdım və soruşdum ki, filmi izləyiblərmi. Heç kim bilmirdi. Deməli, mən çox qocalmışam (gülür)”.

Baş məşqçi, komandasının güclü tərəflərinin birgə oyun olduğunu vurğulayıb:

“İstəyirəm ki, futbolçular öz güclərinə inansınlar. Amma biz ilk növbədə yaxşı komanda olmalıyıq. Meydana çıxanda nə etmək istədiyimizi, rəqibə necə zərbə vuracağımızı və necə müdafiə olunacağımızı bilməliyik. Bu isə birgə düşüncə və komanda işi ilə mümkün olur”.

Arbeloa əlavə edib ki, komanda üçün növbəti vacib sınaq artıq yaxınlaşır. “Real” bu həftəsonu La Liqanın 28-ci turunda “Elçe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button