“Araz Naxçıvan”dan yeni transfer

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu braziliyalı Varqas Amenqual Andreu ilə anlaşıb.

25 yaşlı oyunçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub. Andreu son olaraq ölkəsində “Horizontina”nın formasını geyinib.

“Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb.

Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button