Aquero məşqlərə başladı

“Mançester Siti”nin zədəli hücumçusu Serxio Aquero sıraya dönüb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 32 yaşlı argentinalı futbolçunun artıq komanda ilə məşqlərə başladığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Aquero iyunun 22-də baş tutan “Bernli” ilə oyunda zdələnmişdi. Bu üzdən əməliyyat olunan futbolçu 4 aydır yaşıl meydanlardan kənarda qalıb. Argentinalı forvardın yığmaların oyunlarına görə yaranmış fasilədən sonra yenidən “şəhərlilər”ə kömək etməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button