Aquero əməliyyat olundu

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero dizindən əməliyyat olunub.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Barselonada keçirilən əməliyyat uğurlu başa çatıb.

32 yaşlı hücumçu özünün “Tvitter” hesabında hər şeyin qaydasında olduğunu və tezliklə sağalacağını bildirib.

Qeyd edək ki, Aquero Premyer Liqa çərçivəsində keçirilən “Bernli” ilə matçda zədələnmişdi. Onun avqustda baş tutacaq Çempionlar Liqasının oyunlarına kimi hazır olacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button