“Bu, bizim üçün son şansdır” – APOEL-in futbolçusu

APOEL-in futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun telekanalına açıqlama verən serbiyalı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik.

Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdür. Ümid edirəm ki, bunları “Qarabağ”la matçda da görəcəm”.

Sabah keçiriləcək APOEL – “Qarabağ” oyunu saat 21:55-də start götürəcək.