“Qrupdan çıxmağa layiq olduğumuzu göstərdik” – APOEL-in kapitanı

APOEL-in futbolçusu Nikolas Yoannu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kipr təmsilçisinin kapitanı, 2:1 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“İkinci hissədə möhtəşəm oynadıq. Uşaqları təbrik edirəm. Bu qələbənin bizim üçün nə qədər vacib olduğunu bilirdik və hələ heç nə bitməyib.

“Qarabağ” bizə çətinlik yaratdı, çox yaxşı komandadır. 4 oyunumuz da demək olar ki, bərabər səviyyədə keçdi. Ancaq qələbə qazanmağa və qrupdan çıxmağa layiq olduğumuzu göstərdik.

“Düdelanj” Avropa Liqasında bəzi şeyləri göstərdi. Diqqətli olmalı və qələbə qazanmağa köklənməliyik”.