“Hər şey özümüzdən asılıdır” – APOEL-in futbolçusu

APOEL-in futbolçusu Musa Əl-Tamari Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, iordaniyalı hücumçu, 2:1 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Bizim üçün çox yaxşı qələbədir. Bu qalibiyyətdən sonra irəli baxa bilərik. Çətin oyun oldu, ancaq qazanmağı bacardıq.

Hər şey özümüzdən asılıdır. Qrup mərhələsini adlamaq üçün daha çox çalışmalıyıq”.