Baş məşqçidən Marsialın durumu haqda açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Antoni Marsialın durumu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı məşqçi, Marsialın oyunlara tam hazır olmadığını deyib:

“Marsial hələ tam hazır deyil. O, irəliləyir, çalışır. Amma komandanın məşqinə və ya oyuna qayıtmaq vaxtı deyil”.

26 yaşlı fransalı forvarda “Axilles vətəri”nin iltihabı diaqnozu qoyulub. Marsialın meydana qayıtma vaxtı məlum deyil.

O, bu mövsüm “Liverpul”la matçda (2:1) bir hissə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button