“Qarabağ” “Siqma” və “Visla”ya məğlub oldu

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın “Siqma” klubu ilə qarşılaşıb. Olomouts təmsilçisi ilə görüş 1:3 hesabıyla bitib. Görüşdə “Qarabağ”ın yeganə qoluna Musa Qurbanlı imza atıb.

“Qarabağ” bu gün daha bir yoxlama oyunu keçirib. Ağdam təmsilçisi “Visla” (Plok) ilə üz-üzə gəlib. Daha məhsuldar alınan bu oyun da Azərbaycan çempionunun məğlubiyyəti ilə bitib.

“Qarabağ” Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesablı bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub edib -1:0.

Yoxlama oyunu

25 yanvar

Qarabağ – Siqma (Çexiya) 1:3/
Qol: Martin Hala, 23. Moymir Sitil, 61. David Zima, 89 – Musa Qurbanlı, 59

Qarabağ: Vaqner da Silva, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Faysal Rerras, Musa Qurbanlı, Nihad Tamazov, Abbas Hüseynov, Cavid Bayramov, Toral Bayramov, Maqaye Qeye

______________________________________________________________________________

Qarabağ – Visla (Plok, Polşa) 2:3
Qol: Mahir Emreli, 18-pen. Xayme Romero, 52.
Antalya, “Gloria Sereniti”.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button