“Sumqayıt” rumınlarla heç-heçəyə razılaşdı

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gəlib. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.

Yoxlama oyunu

18 yanvar

Sumqayıt – Politexnika İaşi (Rumıniya) 1:1
Qol: Xəyal Nəcəfov, 12.
Antalya, “Topkapı” otelinin stadionu

Sumqayıt: 1. Mehdi  Cənnətov, 2. Rail Məlikov (k), 14. Elvin Bədəlov, 50. İlqar Qurbanov, 88. Cavid Quliyev, 30. Nəbi Məmmədov, 28. Səbuhi Abdullazadə, 97. Xəyal Nəcəfov, 20. Rüfət Abdullazadə, 70. Mehti Şərifi, 8. Peyman Babayi.